AZ

Consondan Trampa “zərbə” – Putinə görə fikri dəyişdi

"Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Ukraynaya yanaşmasına görə ondan məyus olub".

Olaylar.az xəbər verir ki, bu barədə keçmiş baş nazirdən müsahibə götürən "GBNews" məlumat yayıb.

"Conson əvvəllər Trampın siyasətini müdafiə edərək Avropa liderlərini heç bir aydın fəaliyyət planı olmayan "başsız toyuq"la müqayisə edib. O düşünürdü ki, Vaşinqtonun Kiyevlə bağlı planı var. Bununla belə, Alyaska sammitindən sonra Conson mövqeyinə yenidən baxıb.

Sabiq baş nazir bildirib ki, Ukrayna tamamilə günahsız bir qurbandır və ABŞ-da Rusiya Prezidenti Vladimir Putinə bu cür rəftar edilməsini görmək acınacaqlı idi", - deyə qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Zelenski və Putinin hələlik hərbi münaqişə çərçivəsində sülh sazişi bağlamağa hazır olmadığını etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr