AZ

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının ilkin seçmə imtahanı keçiriləcək

Bakı. Trend:

9 sentyabr 2025-ci il tarixində Azərbaycan RespublikasınınTəhsil İnstitutunun Təhsil Texnologiyaları MərkəzindəYeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə ilkinseçmə imtahanı keçiriləcək.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsilİnstitutu məlumat yayıb.

Bildirilib ki, seçmə imtahana 2024/2025-ci tədris ilində təşkilolunmuş Respublika Fənn Olimpiadalarında fizika, kimya və biologiyafənləri üzrə qalib olan, doğum tarixi 2010 və 2011-ci il olanşagirdlər dəvət olunublar.

İmtahan beynəlxalq olimpiada proqramına uyğun olaraq fizika,kimya və biologiya fənləri üzrə tapşırıqları əhatə edəcək.

Seçmə imtahanı 9 sentyabr 2025-ci il tarixində saat 11:00-daARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində (F.Xoyski küçəsi 109)baş tutacaq. Şagirdlər imtahan başlamazdan əvvəl saat 10:30-damərkəzdə olmalıdırlar. İmtahana buraxılış yalnız şəxsiyyətvəsiqəsinin təqdim olunması əsasında həyata keçiriləcək.

Seçmə imtahanında iştirak edəcək şagirdlərin adları ilə tanışolmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Siyahı

Məqalədə:
Seçilən
101
5
az.trend.az

6Mənbələr