AZ

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Fəxrəddin Nəcəfovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 1991-ci ildə Azərbaycana qarşı Ermənistan Silahlı qüvvələrinin hücumlarının şiddətləndiyi dövrdə F.Nəcəfov könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb və ilk döyüşə Goranboy rayonu ərazisində başlayıb. 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin bölük komandiri təyin edilib. O, Ağdamın Canyataq kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralansa da bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb və 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə düşməni ağır itkiyə məruz qoyaraq qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il Fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

Ruhu şad olsun!

Seçilən
75
qht.az

1Mənbələr