AZ

Yaponiyanın Baş naziri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını yüksək qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan yaponiyalı həmkarı Şiqeru İşiba ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İşiba Paşinyanın Yaponiyaya səfərini alqışlayıb və bunun Ermənistan-Yaponiya münasibətlərinin davamlı inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi üçün əla fürsət olduğunu vurğulayıb. 

O qeyd edib ki, Yaponiya Ermənistanla dostluq əlaqələrinin möhkəmlənməsini və müxtəlif sektorlar üzrə birgə təşəbbüslərin həyata keçirilməsini yüksək qiymətləndirir. Həmçinin Yaponiyanın Baş naziri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını yüksək dəyərləndirib və regionda uzunmüddətli və sabit sülhün təmin olunacağına ümid etdiyini bildirib. 

Öz növbəsində Paşinyan ölkəsinin Ermənistan-Yaponiya əməkdaşlığına yeni təkan verməyə hazır olduğunu vurğulayıb:

"Ermənistan Yaponiya ilə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Yaxın vaxtlarda ikitərəfli biznes forumun keçirilməsi planlaşdırılır və bu ticarət-iqtisadi əlaqələrin genişlənməsinə həqiqətən töhfə verəcək", -deyə Paşinyan vurğulayıb. 

Görüş zamanı Ermənistan-Yaponiya əməkdaşlığının əsas istiqamətləri: iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi müzakirə olunub. Regional sülhün və sabitliyin təmin edilməsi istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
112
missiya.az

1Mənbələr