AZ

150-dən çox isveçrəli şagird Azərbaycanı tanıdan layihədə (FOTO)

Bakı. Trend:

UNESCO Günləri çərçivəsində İsveçrənin Zürix şəhərində“İnteqrasiya və İsveçrə” adlı layihə həyata keçirilib.Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri QasımNəsirovun müəllifi və layihə rəhbəri olduğu layihə Zürixdəkigimnaziyaların birində 160 isveçrəli şagirdin iştirakı ilə baştutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq,multikultural dəyərləri təbliğ etmək və gənclər arasında qarşılıqlıinteqrasiyanı təşviq etmək olub. Layihə çərçivəsində şagirdlərAzərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri iləbağlı geniş məlumat əldə ediblər.

Tədbirin ən yadda qalan hissələrindən biri isə İsveçrəninCenevrə şəhərində yaşayan həmyerlimiz, rəqs müəllimi MariyaXan-Xoyskayanın rəhbərliyi ilə təqdim olunan Azərbaycan millirəqsləri olub. Rəqslər böyük maraqla qarşılanıb və bir çox şagirdqısa müddət ərzində milli rəqslərimizi öyrənərək səhnədə nümayişetdirib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb,Azərbaycan mədəniyyətinin rəngarəngliyindən və rəqslərinruhlandırıcı təsirindən danışıblar.

150-dən
150-dən
150-dən
150-dən
150-dən
150-dən
150-dən
150-dən
Seçilən
93
az.trend.az

1Mənbələr