AZ

Kim Çen In Çinə ayaqyolu da aparıbmış...

BAKI, 4 sentyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen Inın adamları Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra onun toxunduğu hər yeri hərtərəfli təmizləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kim və Putin arasında sıx dostluğa baxmayaraq, sentyabrın 3-də görüşdən sonra yayılan görüntülər Pxenyanın Şimali Koreya liderinin səhhəti ilə bağlı istənilən məlumatı gizlətmək üçün ifrat narahatlığını göstərir.

Yaponiyanın “Nikkei” qəzeti Cənubi Koreya və Yaponiya kəşfiyyatına istinadla yazıb ki, Kim Çen In Pekinə özünün məşhur yaşıl qatarı ilə gəlib, səhhətində yaranan hər hansı problemin əlamətlərini gizlətmək üçün da özü ilə şəxsi ayaqyolunu gətirib. Bu cür tədbirlərdən onun atası Kim Çen İrin hakimiyyəti dövründə də istifadə olunub.

Qeyd edək ki, rusiyalı jurnalist Aleksandr Yunaşev dünən Teleqramda Kim Çen Inın iki əməkdaşının onun Putinlə iki saatdan çox görüşdüyü otağı hərtərəfli təmizlədiyini əks etdirən video yayımlamışdı.

Seçilən
38
teleqraf.com

1Mənbələr