AzVision.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
* * *
12:41
Azərbaycan və Çin Mərkəzi Bankları arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, memorandum pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta