AZ

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Azərbaycanın gənclər və idman naziri Fərid Qaibov Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarevi Bakıda keçiriləcək MDB Oyunlarına dəvət edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Deqtyarev özü bildirib.

"Beynəlxalq formatlar ölkələrarası formatda inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya yola düşməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarı ayrıca qəbul edəcəyəm", - Deqtyarev bildirib.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək.

Seçilən
20
3
publika.az

6Mənbələr