AZ

Ölçmə vasitələrinin sertifikatlaşdırılması ilə bağlı 2 800 dən çox müraciət daxil olub

525.az saytına istinadən ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında ölçmə vasitələrinin tipinin təsdiq olunması ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 2 826 sayda müraciət daxil olub.

525.az bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

 Bildirilib ki, 1 183 sayda ölçmə vasitəsinin tipi təsdiq olunaraq müvafiq sertifikat verilib.

"Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi ölçmə vasitələrinin (sayğaclar, tərəzilər və s.) istifadədən əvvəl mövcud standartlara və normativ sənədlərə uyğunluğunu təmin etməklə, insan həyatının və sağlamlığının qorunmasına, ətraf mühitin mühafizəsinə, həmçinin dövlətin təhlükəsizliyi və cəmiyyətin maraqlarının təmin olunmasına xidmət edir", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
525.az

2Mənbələr