Bakı. Trend:
Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müaviniSamir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrəTəşkilat Komitəsinin 3-cü iclası keçirilib.
Trend xəbərverir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində BakıŞəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədətəqdimatları dinlənilib.
O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik,uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma,bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik vətullantıların idarə olunması; inzibati işlər, insan resursları vəişçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanlarınidarə olunması, media xidmətləri və kommunikasiya, informasiyatexnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanışmərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığıistiqamətlərində aparılan işlər barədə məlumat verilib.