AZ

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı

Sentyabrın 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının səbəbkarları polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində qaynaq işləri apararkən ehtiyatsızlıqdan yanğına səbəb olan şəxslər – 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, ötən gün başlayan yanğın bu gün Fövqəladə Hallar Nazirliyi tərəfindən tam söndürülüb.

Seçilən
25
26
afn.az

10Mənbələr