AZ

Oçoanın İspaniya klubuna qoşulmamasının səbəbi bilindi

Meksikalı qapıçı Qilyermo Oçoa ilə İspaniyanın “Burgos” klubu arasında aparılan danışıqlar gözlənilmədən nəticəsiz başa çatması ilə bağlı məlumat vermişdik.

90deqiqe.Az-ın məlumatına görə, həmin hadisəyə sonradan qolkiperin meneceri münasibət bildirib. Onun sözlərinə görə, danışıqların pozulmasına səbəb klubun irəli sürdüyü şərtlər olub:

“Bu, tamamilə hörmətsizlik idi. Onlar əvvəlcədən razılaşdırılmış məbləği qəfil azaltdılar, üstəlik Oçoanın adından istifadə hüquqlarının 60 faizini tələb etdilər. Faktiki olaraq, oyunçu öz çıxışlarına görə özü pul ödəməli idi”

Qeyd edək ki, 38 yaşlı qolkiper görüşü izahsız tərk edib ki, bu da qarşı tərəfdə təəccüb doğurmuşdu.Oçoa son mövsümü Portuqaliya çempionatında keçirib.

 

Seçilən
30
90deqiqe.az

1Mənbələr