AZ

Nevada ştatında 100-dən çox insan qalığı tapıldı

ABŞ-nin Nevada ştatında 100-dən çox insana aid olduğu müəyyən edilən qalıqlar tapılıb. Metbuat.az xəbər verir ki, torpaq yoldan keçən sakin yanmış qalıqlarla qarşılaşıb. Federal məmurlar tərəfindən aparılan ekspertiza nəticəsində müəyyən edilib ki, küllər arasında yandırılmış insan qalıqları da var. Məlumata görə, təbii eroziyaya uğramış qalıqların yanında şəxsiyyəti müəyyənləşdirən məlumatlara rast gəlinməyib. Yerli dairələr qalıqların Las Veqas vadisindən cənubda yerləşən kənd ərazisində tapıldığını bildiriblər.

Nevada qanunlarına görə, federal əraziyə kül səpmək cinayət deyil. Bununla belə, “ölülərə hörmətsizlik” hüquqi cinayətdir. Qalıqların necə və kimlər tərəfindən əraziyə atıldığı məlum deyil. Federal təhqiqat davam edir.

Seçilən
95
metbuat.az

1Mənbələr