AZ

Ağdaşda yol qəzası - Yaralananlar var

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağdaş-Qəbələ avtomobil yolunun Türyançay qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri - Nurlan Səfərov və Namiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
203
3
news24.az

4Mənbələr