AZ

Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardımın qarajında Baş Verən Müdhiş Özbaşınalıqlar

Xəbər verdiyimiz kimi, Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardımın qarajında baş verən özbaşınalıqlar ardı, sırası kəsilmir.

Paytaxt.org-a bu barədə məlumat verən mənbə iddia edib ki, adı keçən qarajda baş verən özbaşınalıqlar, məlum mühəndisin imtiyazlı davranışlarından irəli gələn sıralı idarəetmə fəaliyyətidir.

Beləki, iddiaya görə, RTTTY- nın  qarajında çalışan mühəndis Rövşən Aslanovun fəaliyyəti ətrafında ciddi narazılıqlar formalaşmaqdadır. Məlumata görə, Aslanov ezamiyyətlər zamanı yalnız öz yaxın adamlarını sürücü kimi göndərir. Bu isə işçilər arasında bərabərsizliyə və haqsız münasibətə yol açıb. Bildirilib ki, ezamiyyətlərlə bağlı bəzi “şirinliklərin” əldə olunması iddiası isə vəziyyəti daha da qalmaqala sürkləməkdədir.

Sürücü problemləri və idarəetməsində xaos yoxsa...?

İddiaya söykənərək deyə bilərik ki, mərkəzdə ən böyük problemlərdən biri sürücü çatışmazlığıdır. İşçilərin məzuniyyətə çıxmasına maneələr yaradıldığı, məzuniyyət təsdiqlənəndə isə onların əvəzinə maşınlara sürücü təmin olunmadığı deyilir. Əlavə ehtiyat sürücülərin olmaması təcili yardımın fəaliyyətini ciddi şəkildə zəiflədir və xəstələrin vaxtında tibbi xidmət almasına təhlükə yaradır.

Maşınların bərbad vəziyyətdə saxlanılması kimə qazanc gətirir?

Adı keçən qarajda saxlanılan təcili yardım maşınlarının texniki vəziyyəti də daha çox narahatlıq doğurub. Sürücülərin sözlərinə görə, avtomobillərin təmiri bərbad vəziyyətdədir, çox vaxt xırda nasazlıqlar belə həll olunmadan qalır. Bu isə həm xidmətin keyfiyyətini aşağı salır, həm də həyati təhlükə risklərini artırır. Bu hal və baxımsızlıq, qaraja məsul olan kimsənin, yəni vəzifəli şəxsin mənafe güdümüne bağlı olmasını desək yerinə düşər.

Dövlətin verdiyi, amma qıtlığa çevrilən ehtiyat hissələrinin gizlədilməsi kimlərə nə qədər qazandırır?

Daxil olan məlumatda daha çox hallanan ən ciddi iddialardan biri də dövlət tərəfindən alınan ehtiyat hissələrinin sürücülərə verilməməsidir. İddiaya görə, dövlət büdcəsi hesabına təmin olunan ehtiyat hissələri qarajda saxlanılır və sürücülərə çatdırılmır. Bu, həm dövlət vəsaitinin səmərəsiz istifadəsi, həm də təcili yardım xidmətinin etibarlılığına ciddi zərbə kimi qiymətləndirilir.Nəticə olaraq deyə bilərik ki, RTTTY da yaranan bu vəziyyət, ictimaiyyət arasında çox ciddi narazılıqlara səbəb olmaqla yanaşı, insanların sağlamlığı və həyatı üçün də təhlükə mənbəyinə çevrilməkdədir.

 Qarajın rəhbərliyi ətrafında səslənən bu iddiaların araşdırılması, şəffaflığın təmin olunması və təcili tədbirlərin görülməsi vacib görünür. İnanırıq ki, məsul orqanlar yaranmış qanunsuzluqlara yol açan halları araşdırıb müvafiq tədbir görəcək.

Mövzu diqqətimizdədir

Günay Cəfərli

Paytaxt.org

Seçilən
180
paytaxt.org

1Mənbələr