Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində su üzərində olan platforma aşıb, ölənlər var.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Həyatını itirənlərin qohum olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yollanan ailə üzvləri də yolda qəzaya düşüb.Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.