AZ

Gəncə şəhərində ev yandı, sahibləri tüstüdən zəhərləndi

Gəncə şəhərində dörd otaqlı fərdi yaşayış evində yanğın olub.

Axar.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı evdə olan 1955-ci il təvəllüdlü Əli Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Validə Məmmədova tüstüdən zəhərlənib.

Zərərçəkənlərə tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
72
1
axar.az

2Mənbələr