AZ

Rusiya ABŞ ı iqtisadi əməkdaşlığın bərpasına çağırır

ain.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-da Rusiya ilə əməkdaşlığı bərpa etməyə və ya yenidən başlamağa hazır olan çoxlu insanlar var.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, ABŞ-da Rusiya ilə əməkdaşlığı bərpa etməyə və ya yenidən başlamağa hazır olan çoxlu insanlar var. Çinlə birlikdə üçtərəfli əməkdaşlıq məsələsi də müzakirə olunub.

“Rusiya və ABŞ Arktikada birgə işləyə bilərlər. Alyaskada təbii ehtiyatlar mövcuddur, Rusiyada isə qazın çıxarılması və mayeləşdirilməsi sahəsində effektiv texnologiyalar var. Bundan əlavə, Moskvanın Alyaskada amerikalı şirkətlərlə əməkdaşlıq üçün yaxşı təklifləri mövcuddur”, - deyə Putin bildirib.

O həmçinin vurğulayıb ki, Rusiya beynəlxalq iqtisadi əməkdaşlıqdan heç vaxt üz çevirməyib və heç kimə maneə törətmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
5
apa.az

6Mənbələr