AZ

Göbələk kimi artan müşavir postları... - Partiya sədri nazirlərin qanundakı boşluqdan yararlanaraq yaxın çevrələrini büdcəyə "yüklədikləri"ni deyir

Son vaxtlar mediada “filankəs nazir müşaviri vəzifəsinə təyin edildi” xəbərləri artıb. Müşahidə edilən hallardan biri müşavir ştatlarının yaradılması və nazirlərin özlərinə bir deyil, bir neçə müşavir götürməsi məsələsidir. Bəzi nazirlərin hətta bir neçə müşaviri var.

Nazirlərə bu qədər müşavir nəyə lazımdır, bu da büdcənin talanmasının bir variantı deyilmi?

Ekspertlərə görə, bütün bu vəzifələrin saxlanılması dövlət büdcəsinə ciddi yükdür. Maaşlar, imtiyazlar, xidməti avtomobillər və digər xərclər nəzərə alındıqda, bu strukturlar əgər real iş görmürsə, sadəcə, vəsaitlərin israfı deməkdir. Bu, birbaşa olmasa da, dolayısı ilə büdcənin talanması kimi qiymətləndirilə bilər.

Real Partiyasınən sədri, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan qanunvericiliyinə görə nazir müavinini Prezident təyin edir: “Amma nazir özü müşavir təyin edə bilər. Ona görə də belə bir boşluq yaranıb. Qanunvericilikdəki bu boşluqdan istifadə edərək nazirlər bir neçə şəxsi öz yaxın çevrəsində müşavir təyin edə bilir. Təbii ki, bunun əsaslandırılması da olmalıdır. Bu müşavirlərin gördüyü iş, onlar üçün bu ştatın açılmasına nədən zərurət yaranıb. Nazirlik bunu əsaslandırmalıdır. Nəticə etibarilə də onları yüksək maaşla müşavir təyin etməklə öz səlahiyyətlərindən istifadə etmiş olurlar ”.

Natiq Cəfərli əlavə edib ki, buna nəzarəti isə parlament yerinə yetirməlidir: “Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Yəni müşavirlərə nəzarət etmək üçün parlamentə daha çox səlahiyyət verilməlidir”.

Seçilən
77
mia.az

1Mənbələr