AZ

4 məhkəmə uduzdu, hələ də vəzifədə – Afaq Əliyeva necə qorunur?

Bu ilin may ayında paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimləri məcbur edib ki, məhkəmədə direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etsinlər. Müəllimlər Xəzər TV-yə bildiriblər ki, buna etiraz etdikləri üçün direktor tərəfindən mütəmadi olaraq hədələniblər.

Xatırladıram ki, Afaq Əliyeva Gəncə məktəblərinin birində yol verdiyi ciddi nöqsanlara görə nazirlik onu Gəncədən qaçırıb Bakıya gətirdi. Elm və Təhsil Nazirliyi belələrini dar ayaqda qoymaz. Axı o da şəbəkə üzvüdür...

XXI əsrin təhsilində məktəb direktoru müəllimləri üzə durmağa məcbur edir. Afaq Əliyevanın səs yazısı sosial şəbəkələrdə geniş yayılmasına baxmayaraq nazirlik onun haqqında heç bir ölçü götürmədi. Ayağı yer alan direktor məktəbdə 20 ildən çox müddətdə çalışan üç müəllimi eyni vaxtda işdən çıxardı. Həmin müəllimlər Xəzər TV-yə iddia edirlər ki, işdən çıxarılmalarına səbəb, direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.

Emin Əmrullayevin sevimli məktəb direktoru adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Görünür ki, nazirlik artıq məhkəmə qərarlarını da saya salmır. Əslində Emin Əmrullayev Gəncə təhsilini viran qoyan, Aqrar Universitetin məzunu Anar Qədimaliyev kimi birisini Bakı Təhsil İdarəsinə müdir müavini təyin edəndə hər şey bəlli olmuşdu...

Etibar Əliyev, 
keçmiş deputat

Seçilən
100
redaktor.az

1Mənbələr