AZ

Ağdamda atası tərəfindən döyülən azyaşlının vəziyyəti AÇIQLANDI - FOTO

2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Xatırladaq ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Aqil

Seçilən
63
23
news24.az

10Mənbələr