AZ

Allahverən İsmayılov: "Kibermüharibə" ssenarilərinin müzakirə olunması artıq nəzəriyyə deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vətəndaşların fərdi məlumatlarının qorunması, xüsusən də məlumatlara sanksiyasız giriş imkanları ilə bağlı xidmət tərəfindən 2025-ci ilin birinci yarımilində 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb. Rəqəmsallaşma ilə bağlı dövlət informasiya sistemlərində davamlı olaraq həyata keçirilən yeniləmələr özləri ilə bərabər yeni təhlükəsizlik riskləri və boşluqları da yaratmaqdadır".
Oxu.Az xəbər ki, bu fikirləri "Dövlət qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı"nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, mübarizə təkcə müdafiə ilə bitmir:
"Biz yeniliklərə də açıq olmalıyıq. Bu gün "ağıllı şəhərlər", süni intellekt, açıq mənbə kodlu həllər dövlət idarəçiliyində yeni imkanlar yaradır. Amma eyni zamanda, yeni təhlükələr də gətirir. Xüsusilə, kritik infrastrukturlara qarşı "kibermüharibə" ssenarilərinin müzakirə olunması artıq nəzəriyyə deyil, real təcrübənin nəticəsidir".
Məhərrəm Əliyev
Seçilən
127
50
oxu.az

10Mənbələr