AZ

Messi seçmə mərhələdə keçirdiyi oyunların sayına görə rekorda şərik olub

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub...

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela komandasına qarşı matç (3:0) Messi üçün seçmə mərhələdə 72-ci olub.

38 yaşlı hücumçu bu göstəriciyə görə Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, ötən gecə baş tutan Argentina - Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub.

Poliqon.info

Seçilən
82
5
poliqon.info

6Mənbələr