AZ

Polis Binəqədi rayonunda avtomobil qaçıran şəxsi saxladı

Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

 

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C.Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Hurriyyet.az

Seçilən
20
10
hurriyyet.az

10Mənbələr