AZ

Qardaş ölkədə zəlzələ oldu

Türkiyənin Balıkesir əyalətində zəlzələ olub.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4,1 bal gücündə zəlzələ Bakı vaxtı ilə 11:52-də yerin 9,23 kilometr dərinliyində baş verib. Episentri Balıkesirin Sınırdağı rayonu olub.

Zəlzələnin yaxınlıqdakı Bursa şəhərində də hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.


Seçilən
181
2
news24.az

10Mənbələr