Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsindəyerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsizquraşdırılmış metal konstruksiyalarla bağlı yayılan məlumatlarlabağlı bildirmək istəyirik ki, hazırda məsələ Bakı Şəhər Memarlıq vəŞəhərsalma Baş İdarəsinin nəzarətindədir. Qeyd edək ki, NazirlərKabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən(inventar nömrəsi 2985) bu bina dövlət tərəfindən mühafizə olunanmemarlıq abidələri siyahısına daxildir.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi iləabidənin fasadına zərər yetirən həmin icazəsiz metalkonstruksiyalar sökülür. Bununla yanaşı, Mədəniyyət Nazirliyiyanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə DövlətXidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəmininbərpası istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edirik ki, gələcəkdə də memarlıq abidələrinin tarixisimasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrinqətiyyətlə qarşısı alınacaq.
Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verənvətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsindəşəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaqdır.