AZ

ABŞ nin rəhbərlik etdiyi hərbi təlimlər başlayır

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-nin Avropa Komandanlığının təşkil etdiyi “Dəmir yumruq” hərbi təlimi Litva, Latviya, Estoniya və Polşanı əhatə edəcək.

Redaktor.az xəbər verir ki, Litva ordusu komandanlığı təlimlərin başladığını elan edib.

“Təlimlərin əsas vəzifəsi amerikan bölmələrinin daimi bazalardan tez yerdəyişməsi və NATO-nun şərq cinahında döyüş əməliyyatlarına hazırlığın məşq edilməsidir”, - hərbi agentliyin bəyanatında deyilir.

Litvada "Dəmir yumruq" təlimi 17 min əsgərin iştirak etdiyi ''Perkunas Thunder'' adlı ölkə ordusunun təlimlərinin bir hissəsidir. Hərbi texnika Polşadan Litvaya magistral yollarla yenidən yerləşdiriləcək.

Aminə Şahsuvarqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
redaktor.az

3Mənbələr