AZ

İsrail müdafiə naziri HƏMAS-ı hədələyib

Müdafiə naziri İsrael Katz İsrail ordusunun əməliyyatlarının HƏMAS təslim olana qədər davam edəcəyini deyib.

APA xəbər verir ki, Katz bu barədə özünün “X” hesabında bildirib.

O qeyd edib ki, HƏMAS şərtləri qəbul edənə qədər İsrail ordusunun fəaliyyəti intensivləşəcək.

“Bu şərtlərin başında bütün girovların azad olunması və HƏMAS-ın tərksilah edilməsidir. Yoxsa məhv olacaqlar”, - İsrailin müdafiə naziri xəbərdarlıq edib.

"Cebheinfo.az" 

Seçilən
109
9
cebheinfo.az

10Mənbələr