AZ

Yeni geosiyasi nizamda Azərbaycan:

Azərbaycanın beynəlxalq siyasətdə fəallaşması və yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin beynəlxalq sammitlərdə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə Azərbaycanın iştirakı təkcə regional yox, həm də qlobal səviyyədə ölkəmizin artan nüfuzunu göstərir.

Mövzu ilə bağlı siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında Azərbaycan Prezidentinin sammitdə iştirakı ilə bağlı bir sıra mühüm məqamlara toxunub.

M. Əsədullazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə iştirakı Azərbaycanın Cənubi Qafqazda və beynəlxalq müstəvidə artan rolunun göstəricisidir. Onun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni siyasi nizam formalaşıb və bu nizam təkcə Cənubi Qafqazla məhdudlaşmayaraq Mərkəzi Asiyaya, ümumilikdə isə Avrasiyanın siyasi arxitekturasına ciddi təsir göstərməkdədir:

“Xüsusilə Qərb və Şərqi birləşdirən əsas nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. Bu mənada Azərbaycan Çin üçün də strateji tərəfdaş hesab olunur. Artıq Azərbaycan regional çərçivədən çıxaraq beynəlxalq gündəmin mühüm iştirakçısına çevrilib”.

M. Əsədullazadə qeyd edib ki, Prezident İlham Əliyevin sammitdə iştirakı fonunda Çin yeni güc mərkəzləri formalaşdırmağa çalışır. Lakin Azərbaycan bütün məsələlərdə öz milli maraqları prizmasından çıxış edir və Qərblə Şərq arasında körpü rolunu oynayır. Bu isə Azərbaycanın artan geosiyasi mövqeyini bir daha təsdiqləyir.

Digər tərəfdən, ekspertin fikrincə, Çinlə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması da bu əməkdaşlığın əhəmiyyətini artırır.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
28
editor.az

1Mənbələr