AZ

Turist avtobusu dərəyə yuvarlandı– 15 nəfər ölüb, 16 nəfər yaralandı

Şri-Lankada ağır yol qəzası baş verib. AzPost xarici KİV-ə istinadən xəbər verir ki, hadisə cümə axşamı axşam saatlarında paytaxt Kolombodan təxminən 280 kilometr məsafədə yerləşən Vellavaya şəhəri yaxınlığında, dağlıq Ella bölgəsində qeydə alınıb.

Məlumata görə, turistləri daşıyan avtobus əvvəlcə başqa avtomobilə çırpılıb, daha sonra yol kənarındakı qoruyucu baryerləri aşaraq dərin dərəyə yuvarlanıb.

The Sun yazır ki, qəza nəticəsində 15 nəfər həyatını itirib. Daha 16 nəfər, o cümlədən beş uşaq müxtəlif xəsarətlər alıb. Yaralıların hamısı avtobusun qalıqlarından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Polisin ilkin versiyasına görə, faciəyə səbəb avtomobilə çırpıldıqdan sonra avtobusun fren sisteminin sıradan çıxması ola bilər.

Hadisədən sağ qalan sərnişinlərdən biri bildirib ki, sürücü qəzadan əvvəl sərnişinləri xəbərdar edib. Konduktor insanlara “yerə əyilin və bərk yapışın” deyə səslənib. Ardınca avtobus iki dəfə yol kənarındakı baryerlərə dəyib və dərəyə yuvarlanıb.

Qəza şahidlərindən bir qadın isə bildirib ki, zərbənin gücündən onu sındırılmış pəncərədən çölə atıb.

Hazırda xilasetmə və istintaq tədbirləri davam edir. Yerli hakimiyyət hadisənin səbəblərini dəqiq müəyyənləşdirmək üçün araşdırma aparır.

AzPost.az

Seçilən
14
1
azpost.info

2Mənbələr