AZ

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib  

Sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə kollegiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ARVK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib və qeydə alınıb.

Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.

Qeyd edək ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiyanın sədri A. Bağırovun qəbulunda iştirak etmək istəyən vətəndaşlar ARVK-nın Aparatına müraciət edə bilərlər.

Seçilən
78
3
azerbaijan-news.az

8Mənbələr