AZ

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir (FOTO)

Bakı. Trend:

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!”layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaqvə onların sağlam inkişafını təmin etmək məqsədilə təşkilolunub.

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərindəkeçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitininhüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlamhəyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktivtəlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirakedərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsilistiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını vətəhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs dəşagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olanbilik və bacarıqları qazandırır”, - deyə “Nar”ın İctimaiyyətləəlaqələr və korporativ ünsiyyət departamentinin direktoru HöküməKərimova bildirib.

Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regionalİnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyəgəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı,bərabər imkanların yaradılması və inklüziv cəmiyyətistiqamətlərində davamlı sosial layihələr həyata keçirir.

Nar.az saytına daxil olaraq mobiloperatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat alavə əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
Seçilən
103
19
az.trend.az

10Mənbələr