AZ

İran və MAQATE rəsmiləri görüşəcək

İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyən etmək məqsədilə mütəxəssislər səviyyəsində bir araya gələcəyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana Ofisi yanındakı Daimi Nümayəndəsi Rza Nəcəfi, Tehran heyəti ilə MAQATE rəsmiləri arasında yeni görüş turunun başladığını açıqlayıb.

Nəcəfi bildirib ki, bu görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində yeni şərtlər altında əməkdaşlığın müəyyənləşdirilməsi məqsədilə keçirilir:

“Bu görüşlər İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yeni əməkdaşlıq modelini müəyyən edəcək və mütəxəssislər səviyyəsində aparılacaq”.İran parlamentinin 26 iyun tarixində qəbul etdiyi və Konstitusiyanı Mühafizə Şurasının da təsdiqlədiyi qanun hökuməti MAQATE ilə əməkdaşlığı dayandırmağa, yoxlamaları qadağan etməyə məcbur edir və yalnız İranın nüvə hüquqları tanınıb təhlükəsizlik təminatları verildikdə, Milli Təhlükəsizlik Ali Şurasının təsdiqi ilə qüvvədən düşəcək şəkildə hazırlanıb.Bu çərçivədə İran yeni qanun əsasında MAQATE ilə yeni əməkdaşlıq modeli barədə danışıqlar aparır.

Seçilən
5
50
cebheinfo.az

10Mənbələr