AZ

TƏBİB: Qastrointestinal şikayətlərlə əlaqədar 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Bu gün saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
20
azertag.az

10Mənbələr