AZ

U-16 Gürcüstan yığması ilə yoxlama oyunları keçirəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-16) sentyabrın 6-dan 13-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Qarşılaşmalar sentyabrın 10-da və 12-də Bakı Olimpiya Stadionunun məşq meydançasında təşkil olunacaq. Hər iki görüşə saat 17:00-da start veriləcək.

Millimizə dəvət olunmuş futbolçuların adlarını diqqətinizə çatdırırıq:

  1. Bilal Hacıyev – Qarabağ
  2. Cavidan Babayev – Marset (İspaniya)
  3. Kamal Camalzadə – Neftçi
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Roman Fərzəli – Qarabağ
  6. Vaqif Nəbiyev – Qarabağ
  7. Nicat Əhmədzadə – Marset (İspaniya)
  8. Əhəd Hacızadə – Qarabağ
  9. Cəfər Cəfərzadə – Sabah
  10. Rəsul Balakişiyev – Marset (İspaniya)
  11. Tunar Bayramov – Qarabağ
  12. Ruslan Əbilov – Sabah
  13. Yusif Orucəliyev – Qarabağ
  14. Nihat Hüseynzadə – Sabah
  15. Ömər Kosayev – Sumqayıt
  16. Ruslan Quliyev – Neftçi
  17. Şikar Şikar – Neftçi
  18. Vaqif Məmmədli – Sabah
  19. Mehdi Hüseyn – Qarabağ
  20. Furqan Musayev – Beşiktaş (Türkiyə)
  21. Firdovsi Şeydayev – Sabah
  22. Raul Hüseynov – Neftçi
  23. Əli Bəşirov – Qarabağ
Seçilən
173
arena.az

1Mənbələr