AZ

Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı

Tovuz rayonu, Qazıqulu kəndində fəaliyyət göstərən kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Publika.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, kafe fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus olub.

Belə ki, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyayadavamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Seçilən
91
13
publika.az

10Mənbələr