AZ

Kir Starmer kabinetində yeni təyinatlar

Bakı. Trend:

Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reynerİngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergirüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefaverib.

Trend xəbərverir ki, onun istefasının ardından Baş nazir Kir Starmerkabinetində dəyişikliklər həyata keçirib.

Yenilənmiş siyahıya görə, maliyyə naziri Reyçel Rivz özvəzifəsində qalsa da, digər əsas postlarda ciddi dəyişikliklər başverib.

Ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub.O, bu dəyişikliklə hökumətin ən mühüm vəzifələrindən birinəyüksəlib. Mahmudun yerinə isə indiyədək xarici işlər naziri olanDevid Lammi ədliyyə naziri postuna gətirilib. Daxili işlər naziriİvet Kuper isə bundan sonra xarici işlər naziri kimi fəaliyyətgöstərəcək.

Bu dəyişikliklər İ. Kuper üçün geriləmə kimi qiymətləndirilir.O, daxili işlər naziri olduğu müddətdə əsas prioritet kimiqeyri-qanuni miqrasiya ilə mübarizəni müəyyən etmişdi. D.Lammi üçündə bu qərar gözlənilməz olub, çünki Baş nazir noyabr ayında ona bupostda beş illik fəaliyyətə zəmanət vermişdi.

Əksinə, Ş.Mahmud üçün bu dəyişiklik ciddi yüksəliş hesab olunur.Onun daxili işlər naziri postuna gətirilməsi ilə ilk dəfə BöyükBritaniya hökumətinin üç ən yüksək vəzifəsində qadınlar təmsilolunacaq. Digər tərəfdən, İcmalar Palatasının spikeri Lüsi Pauellvə Şotlandiya üzrə nazir İan Mörrey vəzifədən azad ediliblər.

Seçilən
57
5
az.trend.az

10Mənbələr