Mingəçevirdə idarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Samux küçəsində baş verib. İdarəetmədən çıxan "Toyota Prius" markalı minik maşını öncə yol kənarındakı ağaca, ardınca isə hasara çırpılıb. Avtomobilə ciddi zərər dəysə də xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)