"Vulverhempton"un hücumçusu Sasa Kalaydiç doğma ölkəsi Avstriyaya qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı forvard mövsümün sonuna qədər LASK klubunun heyətində çıxış edəcək.
Kalaydiç İngiltərə təmsilçisinə üç il əvvəl "Ştutqart"dan 18 milyon avroya transfer olunmuşdu. 2024-cü ildə o, Frankfurt "Ayntraxt"ına icarəyə göndərilmişdi. Cari mövsümdə isə "canavarlar"ın heyətində 2 oyun keçirib, lakin məhsuldarlıq göstərə bilməyib.
Transfermarkt portalı futbolçunun hazırkı bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, LASK bu mövsüm Avstriya çempionatında 3 xalla 10-cu pillədə qərarlaşıb.