Bakı. Trend:
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Təbriz-Bakıbirbaşa təyyarə reyslərinin ilk uçuşu həyata keçirilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiriƏli Əlizadə "X" sosial şəbəkəsində yazıb.
Səfir əlavə edib ki, sabahdan AZAL-ın Bakı-Tehran-Bakı təyyarəreyslərinin fəaliyyəti bərpa ediləcəkdir.
"Bir neçə il sürən aradan sonra Azərbaycan RespublikasıPrezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava YollarınınBakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşamhəyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqlayerinə yetiriləcəkdir. Şənbə günündən isə Azalın Bakı-Tehran-Bakıtəyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir
Xeyirli uğurlu olsun. Zəhməti keçən hər kəsə təşəkkürlər", -deyə paylaşımda bildirilib.