AZ

Zelenski Rusiyanı HƏDƏLƏDİ

Ukrayna prezidenti Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fiko ilə danışıqlardan sonra Rusiyanın enerji infrastrukturuna hücumları davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Ukrayna lideri bu barədə Slovakiyanın "TA-3 telekanalı"na müsahibəsində bildirib.

Zelenski Rusiyanın enerji resurslarının Ukrayna ərazisindən tranzitindən imtina etdiyini də təsdiqləyib.

"Biz Slovakiyaya qaz və neft tədarük etməyə hazırıq, əgər bu, Rusiya qazı və ya Rusiya nefti deyilsə. Bu qədər", - o qeyd edib.

Sentyabrın 5-də Ukraynanın qərbindəki Ujqorod şəhərində Vladimir Zelenski ilə Robert Fiko arasında görüş baş tutub.

Ləman

Seçilən
9
3
publika.az

4Mənbələr