AZ

Vaqiflə Samirənin qızı Çində oxuyacaq -

Keçmiş teleaparıcı, hazırda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun qızı Nuran təhsilini Çində davam etdirəcək.Metbuat.az xəbər verir ki, bu barədə V.Aydınoğlu paylaşım edib. O, qızının Şanxayda yerləşən "Asia Europe Business School"a qəbul olduğunu bildirib. Aydınoğlu övladının Avropadakı bir neçə universitetdən təklif almasına baxmayaraq, məhz Çini seçməsindən xüsusi qürur duyduğunu vurğulayıb.

Qeyd edək ki, Nuran Vaqif Aydınoğlunun aparıcı Samirə Mustafayeva ilə olan evliliyindən olan övladıdır. V.Aydınoğlu hazırda ikinci dəfə ailə qurub və 2 övladı var.

Seçilən
12
metbuat.az

1Mənbələr