AZ

Polşadan Ukrayna sərhədləri barədə gözlənilməz AÇIQLAMA

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın mövqeyinə dair diqqətçəkən bəyanatla çıxış edib.

News24.az xəbər verir ki, o, Polşa televiziyasına müsahibəsində Kiyevin yalnız müdafiə etməyə qadir olduğu sərhədlər daxilində qalmalı olduğunu bildirib.

“Ukraynaya nə etməli olduğunu söyləmək istəmirəm, amma eyni zamanda inanıram ki, Ukrayna müdafiə etməyə qadir olduğu sərhədlər daxilində qalmalıdır”, – Sikorski vurğulayıb.

Nazir əlavə edib ki, belə sərhədlər daxilində Ukraynanın Qərblə inteqrasiya imkanları qorunub saxlanıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl Sikorski ABŞ-ın Rusiyanın digər güclərlə yaxınlaşmasının qarşısını almaq cəhdlərinə də münasibət bildirmişdi. O, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çəkilən birgə fotoların bu ideyaya ciddi zərbə vurduğunu qeyd etmişdi.

Aqil

Seçilən
58
news24.az

1Mənbələr