AZ

Tramp Pentaqonun adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi Pentaqonun adının dəyişdirilərək “Müharibə Nazirliyi” olunması ilə bağlı sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Tramp ABŞ-ın heç kimin rəqabət edə bilməyəcəyi dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına malik olduğunu deyib.

O, ABŞ-ın hər iki dünya müharibəsində məhz bu düzgün seçilmiş adla qalib gəldiyini bildirib.

Bu qərar həm də o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi görüş və mərasimlərdə artıq özünü müharibə naziri kimi təqdim edə biləcək.

Seçilən
19
2
apa.az

6Mənbələr