AZ

KİV: ABŞ Venesuelada narkokartellərə zərbə endirmək istəyir

BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisində narkokartellərə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu plan Vaşinqton administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronun mövqelərini zəiflətməyə yönəlmiş daha geniş strategiyasının bir hissəsidir.

Seçilən
9
teleqraf.com

1Mənbələr