AZ

Bakı məktəbində qalmaqal: müəllimlərdən Emin Əmrullayevə şikayət

Bakı şəhəri, Yasamal rayonu, Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin müəllimləri Elm və Təhsil naziri Emin Əmrullayevə rəsmi şikayət ünvanlayıblar. Onlar məktəbdə qanun pozuntuları və əmək hüquqlarının kobud şəkildə tapdalanmasından narazılıq edirlər.

Müraciətdə bildirilir ki, may ayından məktəbə göndərilən Şəlalə ikarova pedaqoqların fəaliyyətinə qanunsuz müdaxilə edir. Şikayətə əsasən, 26 avqustdan etibarən müəllimlər hər gün saat 09:00-dan 14:00-dək məktəbdə saxlanılır və yalnız müəllimlər otağında oturmağa məcbur edilirlər. Bundan başqa, sinif rəhbərlərinə sinif otaqlarının təmirini şəxsi vəsait hesabına aparmaq göstərişi verilib.

Müəllimlər həmçinin bildirirlər ki, dərs yükünün azlığını kompensasiya etmək üçün fakultativ və dərnəklər təşkil etmək təşəbbüsləri rədd olunur. Onların sözlərinə görə, Şikarova Şəlalə bu barədə “dərnəklərin müəllimlərə aidiyyəti yoxdur, onlar mənə məxsusdur” deyərək pedaqoqların təşəbbüslərini qəbul etmir.

Müəllimlərin fikrincə, belə hallar əmək hüquqlarının pozulmasına, tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir və məktəbdə sağlam mühitin pozulmasına səbəb olur. Onlar Elm və Təhsil Nazirliyindən məsələni dərhal araşdıraraq qanuni tədbirlər görülməsini tələb ediblər.

//Bakunews.az

Seçilən
26
editor.az

1Mənbələr