AZ

Britaniyalı cərrah sığortadan pul almaq üçün öz ayaqlarını amputasiya etdirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyada məhkəmə keçmiş damar cərrahı, 49 yaşlı Nil Hopperi 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, həkim Nil Hopper sepsisi (çürümə - red.) əsas gətirərək hər iki ayağını amputasiya etdirib. Daha doğrusu, 2019-cu ilin aprelində o, ayaqlarını qəsdən elə dondurub ki, ayaqları fəaliyyətini dayandırsın.
Qeyd olunub ki, Nil Hopperin məqsədi səhhətini bəhanə edərək sığorta pulu əldə etmək olub. Beləliklə, bu yolla o, 466 min funt sterlinq (təxminən 1 milyon manat - red.) sığorta pulu alıb. N.Hopper pulları avtomobil, cakuzi və ev təmiri üçün xərcləyib.
Seçilən
29
1
oxu.az

10Mənbələr