AZ

DÇ-2026 seçmə mərhələsi: Birinci turun son oyunları keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin birinci turuna yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə daha altı görüş keçiriləcək.
Latviya millisi Serbiyanı, Ermənistan Portuqaliyanı, İngiltərə Andorranı, Avstriya Kipri, İrlandiya Macarıstanı, San-Marino isə Bosniya və Herseqovinanı qəbul edəcək.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində iştirak edən Azərbaycan millisi ötən gecə İslandiya ilə görüşdə 5:0 hesabı ilə məğlub olub.
6 sentyabr
DÇ-2026 seçmə mərhələsi
I tur
Saat 17:00, Latviya - Serbiya;
Saat 20:00, Ermənistan - Portuqaliya;
Saat 20:00, İngiltərə - Andorra;
Saat 22:45, Avstriya - Kipr;
Saat 22:45, İrlandiya - Macarıstan;
Saat 22:45, San-Marino - Bosniya və Herseqovina.
Seçilən
12
1
oxu.az

10Mənbələr