AZ

AK Putinin bəyanatını alqışlayır

AzVision.az “Euractiv” portalına istinadən xəbər verir ki, AK-nin mətbuat katibi Paula Pinyo belə açıqlama səsləndirib.

“Prezident Putinin Ukraynanın yerini Aİ-də görməsi çox bəyənilir”,- avropalı məmur vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 5-də Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında Ukraynanın Aİ-yə mümkün üzvlüyünü istisna etməyib.

- Bu, Ukraynanın öz beynəlxalq münasibətlərini necə qurmaq, iqtisadi sahədə maraqlarını necə təmin etmək, kiminlə ittifaqlara girmək barədə qanuni seçimidir”,- Rusiya lideri deyib.

Eyni zamanda, o qeyd edib ki, Moskva Ukraynanın Avropaya inteqrasiya siyasətinin
başlamasına mane olmayıb, çünki bu məsələnin ölkəyə aidiyyatı yoxdur. Moskva yalnız Rusiyanın maraqlarına toxunan məsələlərə operativ münasibət sərgiləyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
10
azvision.az

1Mənbələr