AZ

Mərakeş millisi DÇ-2026-nın final mərhələsində!

Mərakeş millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk Afrika komandası olub.

Arena.az xəbər verir ki, bu, sözügedən komandanın ötən gün seçmə mərhələ çərçivəsində baş tutmuş Niger kollektivinə qarşı matçdan sonra reallaşıb.

Paytaxt Rabatda keçirilmiş qarşılaşma Mərakeş yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Mərakeş millisi Afrika zonası üzrə seçmə mərhələdə E qrupunda keçirdiyi 6-cı oyunu da qələbə ilə başa vurub. Bu, Afrika təmsilçisinin mundiala vəsiqəni təmin etməsi üçün yetərli olub. Buna qədər Afrika zonasından DÇ-2026-ya vəsiqə qazanan olmamışdı.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 17 komanda var:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Avstraliya
İran
Yaponiya
İordaniya (debüt)
Cənubi Koreya
Özbəkistan (debüt)
Argentina
Braziliya
Kolumbiya
Ekvador
Paraqvay
Uruqvay
Yeni Zelandiya
Mərakeş

Seçilən
58
arena.az

1Mənbələr